Güclü qar həyatı iflic etdi - VİDEO

Güclü qar həyatı iflic etdi - VİDEO
20 Fev 2025 12:05

İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.

İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro dayanacaqlarına axın edib. Nəticədə izdiham yaşanıb.

Güclü qar və buz bağlaması səbəbindən bu gün bütün təhsil müəssisələrində tədris 1 gün müddətinə dayandırılıb.

İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.

Bu gün yağan qarın intensivliyinin artacağı və həftəsonu da davam edəcəyi proqnozlaşdırılır.

Sosial şəbəkələrdə qarın yollarda və metro stansiyalarında yaratdığı fəsadları əks etdirən görüntülər də yayılıb.

Həmin görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada