Göyçayda iki avtomobil toqquşub- XƏSARƏT ALANLAR VAR

Göyçayda iki avtomobil toqquşub- XƏSARƏT ALANLAR VAR
19:20

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

News365.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada