Goranboyda minik avtomobili aşıb

Goranboyda minik avtomobili aşıb
25 İyl 2025 22:15

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Goranboy–Yuxarı Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bərdə şəhər sakinləri - sürücü 1999-cu il təvəllüdlü İ.Kərimov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü F. Məlikov və 1992-ci il təvəllüdlü E.Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.



Sizin reklam burada
Sizin reklam burada