Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb
08 Sen 2025 20:00

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

News365.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.

Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada