Bakı bulvarında dənizə düşən naməlum şəxs həyatını itirdi

Bakı bulvarında dənizə düşən naməlum şəxs həyatını itirdi
08 Sen 2025 15:25

Bakı bulvarında dənizə düşən şəxs boğularaq ölüb.

Hadisə sentyabrın 7-də gecə saat 02:00 radələrində qeydə alınıb.

Məlumata əsasən, 30-35 yaşlarında bir kişi Neftçilər prospekti istiqamətində yerləşən Milli Parkın ərazisindən dənizə düşüb. O, boğularaq həyatını itirib. Meyit sudan çıxarılıb.

Onun kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada