Gəncədə zavod YANDI

Gəncədə zavod YANDI
05 May 2026 11:08

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın tam söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada