G20-nin iqlim ironiyası - TƏHLİL

G20-nin iqlim ironiyası - TƏHLİL
09:31
Bakıda keçirilən COP29 Azerbaijan sammitinə qatılmayan bəzi G20 ölkələrinin Rioda iqlim dəyişiklikləri ilə mübarizə üçün "səyləri ikiqat artırmaq" barədə bəyanatları sadəcə ironiyadır. Bu günlər Bakı iqlim böhranına qarşı mübarizənin qlobal müzakirə mərkəzidir, burada real həll yolları müzakirə olunur.
G20 ölkələridə dünyanın ən çox CO2 emissiya edən iqtisadiyyatlarını təşkil edir. 2023-cü ildə bu ölkələrin ümumi CO2 emissiyası təxminən 37,455 milyon ton olub ki, bu da qlobal emissiyaların böyük hissəsini təşkil edir.
Bəzi G20 ölkələrinin Bakıda deyil, Rioda iqlim dəyişikliklərini müzakirə etməsi, onların bu böhranın həlli ilə deyil, diqqəti yayındırmaqla məşğul olduqlarını göstərir. Rioda səsləndirilən "1.5°C hədəfini qoruyacağıq" bəyanatları isə iqlim böhranına yanaşmanın daha çox PR kampaniyası, daha az real məsuliyyət olduğunu açıq şəkildə ortaya qoyur.
Əgər bu ölkələr iqlim hədəflərinə həqiqətən sadiq olsaydılar, sənayeləri və istehlakrı ilə yaratdıqları böhranın müzakirəsindən qaçmaz, Bakıya gələrək konkret addımlar atardılar.
Bakıda isə 70 mindən çox iştirakçının, o cümlədən ekoaktivistlərin də yer aldığı geniş platformada çıxış etmək daha ciddi məsuliyyət tələb edirdi. Ancaq Bakı bəziləri üçün “soyuq” göründü. Onlar üçün Rio qızmar günəşi və tropik meşələrin kölgəsi ilə əməllərdən çox sözlərlə diqqət çəkmək üçün “isti” bir fürsət oldu.

Aqil Məmmədov, ekspert

Youtube kanalımız

Oxşar xəbərlər