“Ölüm daha çox bu saatlarda olur”- Kardioloq açıqladı

“Ölüm daha çox bu saatlarda olur”- Kardioloq açıqladı
09:40

Nəyə görə, xəstələrdə infarktlar səhərə yaxın qeydə alınır?

Bununla bağlı News365.az-a tanınmış kardioloq İdris Xəlilov danışıb. 

Onun sözlərinə görə, orqanizmdə ürək ritmi və çirkad ritmlərin bu saatda dəyişməsi ilə əlaqəlidir:

Belə ki, orqanizm gecə növbəsindən səhər rejiminə məhz 5-6 arası keçir, bu zaman ürək-damar sistemi yüklənir.

“Adətən təcili yardımı da ya gecəyarı, ya da səhərəyaxın çağırırlar. Bu zaman ürək ağrıları artır. Təzyiq də gündüz, gecə və səhər təzyiqi olur. Gecələr təzyiqi çox qalxan insanlarda bu, beyin insultu ilə nəticələnir. Əgər təcili yardımı səhər tezdən çağırırlarsa, deməli, orda ya infarktdır, ya da insult. Ona görə də xəstələr gecələr təzyiqin qalxmamasına fikir verməlidir”- deyə həkim qeyd edib.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər