Onkoloji xəstəliklər
insanlar arasında sadəcə təlafata səbəb olmur. Belə xəstələrin özləri və
doğmaları təlafat baş verənə qədər sarsıntı içində yaşayır.
Bu
sarsıntının üzərinə də müayinə və müalicə proseslərinin baha olması ailələrə
ciddi maddi çətinliklər yaşadır. Bu səbəbdən çox insanlar ilkin müayinədən, eləcə
də müalicədən uzaq qaçıb, taleyini tamlıqla İlahinin ixtiyarına buraxaraq,
evində sözlə ifadəsi olmayan üzüntülərlə yaşayır.
Mövzu ilə
bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, buna görə də onkoloji
xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması məsələsinə ciddi
baxılmalıdır:
“Başa düşürəm,
bu prosess bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait
hesabına başa gələcəkdir. Amma çox vəsait lazımdır deyə, ən dəhşətli xəstəliyə
düçar olanları sığortadan kənarda saxlamaq olmaz.
Bir vaxtlar,
ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait
lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq. Amma şükürlər olsun
ki, bu sistem ölkəmizdə uğurla tətbiq edilməyə başladı. Müalicə üçün 100 manatı
olmayanlar ucqar kəndlərdən paytaxta gəlib 10 min manatlıq əməliyyatları 1
manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın
verdiyi fürsətlərdən sevinclə istifadə edə bilir. Tibbi personal da (böyük əksəriyyət)
bundan çox məmnundur.
Demək ki,
bir şeyi çox istəyəndə biz bunu edə bilirik.
Odur ki,
mütləq şəkildə onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması
istiqamətində real addımların atılmalıdır. Əğər mövcud vəsait bu xəstəliyin
müalicədində A-dan Z-ə hər şeyi qarşılmaq üçün imkan vermirsə, onda heç olmasa
nədənsə başlamaq lazımdır. Sonrakı hər il isə sığorta zərfini genişləndirmək
olar. Başlanğıc üçün nədən başlamağı isə tibbi təhsilim olmadığı üçün mən deyə
bilmərəm. Bu sualın cavabını bu sahənin peşəkarları verməlidir: Məhdud vəsaitlə
nədən başlanılsa daha effektiv və əhatəli olar?”
News365.az