600 dən çox Ermənistan maşını Rusiya-Gürcüstan sərhəddinin Yuxarı Lars keçid məntəqəsini keçmək üçün növbə gözlüyür.
Mövzu ilə bağlı News365.az-a politoloq Əli Mustafa danışıb.
Onun sözlərinə görə yolun bağlanması Ermənistana təzyiq vasitəsi ola bilər:
“Rusiyanın Ermənistana təzyiq elementi kimi də yol bağlana bilər. Məsələ birasındadır ki, həmin yol tam bağlı deyil, ordan yük və nəqliyyat maşınları keçir. Orda qoşqulu və yarımqoşqulu maşınların hərəkəti məhdudlaşdırılıbdır. Bu baxımdanda Ermənistan demək olar ki, həm Türkiyə ilə, həm Azərbaycanla münasibətləri nizama salmadığına görə, Rusiya ilə ticarət əlaqələrini yalnız bu yol üzərindən sürdürməyə məcburdur. Bu yolda bağlandı. Bu yolun bağlanması Ermənistanın iqtisadiyyatına mənfi təsir göatərir. Ölkədəki ictimai-siyasi ab-havaya mənfi təsir edir”
News365.az