Fransada dəhşətli istilər - 72 vilayətdə XƏBƏRDARLIQ

Fransada dəhşətli istilər - 72 vilayətdə XƏBƏRDARLIQ
17:20

Avropada müşahidə olunan güclü istilər fonunda Fransada yüksək temperaturla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

News365. xarici mediaya istinadən xəbər verir ki, Fransanın milli meteorologiya xidməti "Météo-France" ölkənin 72 vilayətində havanın kəskin istiləşməsi səbəbindən "narıncı" təhlükə səviyyəsinin elan olunduğunu açıqlayıb.

Məlumata görə, günün ikinci yarısında bəzi bölgələrdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Meteoroloqlar isti hava şəraitinin həftəsonunadək davam edəcəyini bildiriblər.

Rəsmilər əhaliyə zəruri ehtiyat tədbirlərinə riayət etməyi, xüsusilə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.


Sizin reklam burada
Sizin reklam burada