Finlandiyada “kosmos yeməyi” hazırlanıb

Finlandiyada “kosmos yeməyi” hazırlanıb
09:17

Finlandiyanın “Solar Foods” şirkəti “Solein” adlı yeni protein tozu istehsal edib.

News365.az xəbər verir ki, bu toz çox az resursla hazırlanır.

Mütəxəssislər “Solein”i “kosmos yeməyi” adlandırır, çünki onun uzunmüddətli Ay və Mars missiyalarında astronavtlar üçün əsas qida mənbəyinə çevriləcəyi gözlənilir.

Avropa Kosmik Agentliyi (ESA) gələcək astronavtları bu məhsulla təmin etməyi planlaşdırır. Məqsəd isə uzaq planetlərdə məhdud resurslarla qida istehsal etmək və kosmosa daşınacaq qida yükünü azaltmaqdır.

Məhsulun dadı barədə məlumat verənlər onun “yumşaq və xəfif” olduğunu bildirirlər.



Sizin reklam burada
Sizin reklam burada