Finlandiya prezidentinin Putinlə bağlı açıqlamaları ölkəsində narazılıq yaradıb

Finlandiya prezidentinin Putinlə bağlı açıqlamaları ölkəsində narazılıq yaradıb
10:23

"Finlandiya prezidenti Aleksandr Stabın Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh istəməməsi ilə bağlı açıqlaması Finlandiya liderinin səriştəsizliyindən xəbər verir".

Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində yazıb.


O, Finlandiya prezidentinin ötən həftə verdiyi açıqlamaya istinad edərək yazıb: “Mən hələ də finlərin bu dəlinin ölkəmizi idarə etməsinə icazə verməsinə inana bilmirən”.


Martın 14-də Rusiya prezidenti Putin bildirib ki, Kreml ABŞ-nin Ukraynada atəşkəslə bağlı təkliflərinin uzunmüddətli sülhə səbəb olacağı təqdirdə bununla razılaşacaq. Bundan sonra Rusiya dövlət başçısı sülh sazişinin təfərrüatlarını müzakirə etmək üçün Moskvaya uçan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla qapalı formatda görüşüb. Öz növbəsində Tramp Putinin sözlərini ümidverici adlandırıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada