Xalq artisti Zaur Rzayev ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.
Gecə saatlarında müğəninin səhhəti pisləşib.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib. Bir neçə gündür Xalq artistinin müalicəsi ev şəraitində davam edirdi. (Axşam.az)