Ermənistanla sərhəd həmişəlik açılmayıb - Türkiyə

Ermənistanla sərhəd həmişəlik açılmayıb - Türkiyə
22 Mar 2025 13:46

"Ermənistanla sərhəd həmişəlik açılmayıb".

Bu barədə News365.az-a Türkiyədəki diplomatik mənbədən bildirilib.

Məlumata görə, Ermənistan-Türkiyə sərhədindəki "Marqara" sərhəd qapısı Suriyaya humanitar yardım göndərmək üçün acılib. Sərhəd martın 21-dən 31-dək açıq olacaq:

"Bir müddət əvvəl Ermənistan rəsmiləri Əlixan/Marqara sərhəd qapısından istifadə edərək Türkiyə vasitəsilə Suriyaya humanitar yardım göstərmək istədiklərini Türkiyəyə catdırıblar.

Qeyd olunub ki, bu müraciət Türkiyə tərəfindən müsbət qarşılanıb.

"Nəticədə 21 mart 2025-ci ildə Ermənistana məxsus 4 TIR-dan ibarət humanitar yardım Əlican/Marqara sərhəd qapısından keçərək Türkiyə (Hatay/Cilvegozu sərhəd qapısı) vasitəsilə Suriyaya humanitar yardım çatdırılıb. Yük maşınları eyni marşrutla Ermənistana qayıdacaq".

Məlumatda xatırladılır ki,  2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fəlakətindən sonra Ermənistanın Türkiyəyə göndərdiyi humanitar yardımın zəlzələ bölgəsinə daşınması məqsədilə Əlican Sərhəd Qapısından istifadə edilib. 


Sizin reklam burada
Sizin reklam burada