Ermənistanın Aİ-yə üzv olma prosesi başlayır? - AÇIQLANDI

Ermənistanın Aİ-yə üzv olma prosesi başlayır? - AÇIQLANDI
24 Mar 2025 11:14

Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.

"Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək", - Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.


Sizin reklam burada
Sizin reklam burada