Ermənistan ordusunda qalmaqallı həbs: Nazirin cinayətkar dəstəsi var imiş

Ermənistan ordusunda qalmaqallı həbs: Nazirin cinayətkar dəstəsi var imiş
09 İyn 2025 10:40

Ermənistanın hüquq müdafiəçisi Karapet Poqosyan Facebookda diqqət çəkən paylaşım edib. O, bir neçə yüksək rütbəli hərbçinin həbsinin ilginc səbəblərini açıqlayıb. 

“Bir neçə gün əvvəl Mehridə aşkar edilən irimiqyaslı qaçaqmalçılıqla bağlı məlumat vermişdim və ölkənin baş satanistinə(Kilsəyə hücumlar edən baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.) təklif etdim ki, bunun arxasında kimin dayandığını araşdırsın. Amma o, həmişə olduğu kimi, dedi-qodu yaymağa, şantajla məşğul olmağa üstünlük verir. Belə ki, məlum olub ki, 7 aya yaxındır ki, İrandan Ermənistana külli miqdarda tütün məmulatı gətirən qaçaqmalçı qrup fəaliyyət göstərirmiş. Yayılan şayiələrə görə, onlar Ermənistan Respublikası Müdafiə Nazirliyinin əmlakından və nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə ediblər.

2025-ci il mayın 30 və 31-də Rusiya sərhədçilərinin israrlı tələblərindən sonra Ermənistan Müdafiə Nazirliyinə məxsus “Kamaz” markalı yük maşını Sünikin Karçevan hissəsində Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb və orada 130 min qutu qanunsuz siqaret aşkar edilib. Təkcə bu hadisə büdcəyə qırx milyon dram civarında ziyan vurub. 4 yüksək rütbəli hərbçi həbs edilib".

Hüquq müdafiəçisi mənbəsinə istinad edərək deyib ki, müdafiə naziri mütəşəkkil cinayətkar dəstəni birbaşa himayə edib və bu da Ermənistan hakimiyyətinin son proseslərdə susqunluğunun əsas səbəbi sayılır: "Düşünürəm ki, rəhbər şəxslərimizin niyə tələsik şəkildə rus sərhədçilərini Zvartnots, Mehri və Marqaradan çıxarmağaçalışması hər kəsə aydındır. Hər halda, mən çox istərdim ki, bu xəbərlər təkzib olunsun və heç bir halda Ermənistan ordusu qanunsuz əməllərə əl atmasın, ancaq vətənimizin müdafiəsi ilə məşğul olsun".

Tural


Sizin reklam burada
Sizin reklam burada