"Rusiyanın bölgədəki hadisələrə nüfuz imkanları və təhsil sahəsində təsir gücü kifayət qədər böyükdür. Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti XII Qlobal Forumda çıxışı zamanı dünyada baş verən dəyişikliklərin əsas mənbəyinin Vaşinqton olduğunu bildirdi. O, ABŞ administrasiyasının siyasətinə diqqət çəkdi."
Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib.
"Bununla yanaşı, etiraf edilməlidir ki, hətta Ukrayna problemi tam həll olunmasa belə, Vaşinqton yenə də Ukrayna ilə razılaşdırılmış siyasət yürüdür və Rusiyaya alternativ şəxslərlə münasibətləri davam etdirir. Yəni, Rusiyanın bu məsələlərə baxışı nəzərə alınmadan nə Ukrayna problemini, nə postsovet məkanındakı prosesləri, nə də Cənubi Qafqazdakı hadisələri nizama salmaq və real nəticələr əldə etmək mümkündür.
Bundan başqa, Vaşinqtonun mövqeyi müəyyən mənada Bayden administrasiyasına bağlıdır. Hazırda Avropada ABŞ-ın əsas tərəfdaşlarından biri Fransanın Prezidenti Emmanuel Makrondur. Lakin nəzərə alsaq ki, Makron 2027-ci ildə hakimiyyətdən gedəcək, NATO-nun gələcək perspektivləri və ABŞ-Avropa İttifaqı münasibətlərindəki fərqli baxışları nəzərə alsaq, Vaşinqtonun yenidən Rusiya ilə dialoqa qayıtması tamamilə məntiqli görünür.
Bu çərçivədə Ermənistanın enerji təhlükəsizliyi, dövlət kimi mövcudluğu və nəqliyyat infrastrukturuna dair məsələlər də önəm daşıyır. Ermənistana tədarük edilən qazın tariflərinin artması isə ölkədə sosial narazılıqlara səbəb ola bilər."