“Ermənistanda müxalifət və iqtidar arasında gizli sövdələşmə var“- Politoloq

“Ermənistanda müxalifət və iqtidar arasında gizli sövdələşmə var“-  Politoloq
16 Apr 2024 11:26

"Vətən müharibəsindən sonra Ermənistanda sülh müqaviləsi imzalansın deyən kimi, müxalifət meydanlara axışır, mitinqlər olur. Hesab edirəm ki, bu əslində Paşinyanın da mövqelərini əks etdirir"

Politoloq Rufiz Hafizoğlu news365.az-a bildirib ki, Ermənistanda baş verən mitinqlər Paşinyanın mövqelərini əks etdirir:

"Ermənistanda müxalifət və iqtidar arasında gizli bir sövdələşmə var. Sülhdən danışılan zaman revanşist qüvvələr idarə olunur, meydana çıxırlar. Hətta Ermənistanda ordu içində də müəyyən qüvvələr var ki, faktiki olaraq hakimiyyətə tabe deyil, müdafiə nazirliyinə tabe olmayan elementləri görürük orda"-deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər