Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi

Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu -  Xəstəxana 20 min cərimələndi
29 Apr 2024 16:59

Gəncə Memorial Hospitalına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Əmək qanunvericiliyinin pozulması) 20 min manat məbləğində inzibati cərimə tətbiq edilib. 

Hospitalın cərimlənməsinin səbəbi Gülnarə Əliyeva adlı pasiyentə səhv diaqnozun qoyulmasıdır. 

Belə ki, Gülnarə Əliyeva hamiləliyi ilə əlaqədar 10 sentyabr 2023-cü ildə Gəncə Memorial Hospitalında endokrinoloq Aytən Rzayevanın qəbuluna yazılıb. Həkimin tapşırığı ilə pasiyent Gəncə Memorial Hospitalında hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və koaquloqrammadan analizlər verib. 

Xəstə analizlərin cavablarını götürüb Aytən həkimə göstərəndə eşitdiyindən stressə düşüb. Analizinin nəticəsinə görə onda 3,36 nti-HCV total virusu, yəni Hepatit C virusu aşkar edilib. Pasiyent 11 sentyabr tarixində sözügedən xəstəxanada yenidən hormonal müayinələrdən, infeksiyadan, biokimyadan və koaquloqrammadan analizlər verib. O, həmçinin Gəncədə daha bir özəl xəstəxanada eyni analizləri verib. Analizlərin cavabında Gülnarə Əliyevanın Hepatit C virusu olmadığı müəyyən edilib. 

 

 

 

 

 

Gülnarə Əliyeva öz narazılığını bildirmək üçün hospitalın baş həkimi Kənan Hicran oğlu Hacıyev ilə görüşüb. Kınan Hacıyev eyni zamanda hospitalda laboratoriya şöbəsinin müdiri vəzifəsini də icra etdiyindən məsələni daha da aydınlaşdırmaq üçün Gülnarə Əliyevanın analizlərini Bakı Memorial Hospitalına göndərib və cavabda Hepatit C virusu aşkarlanmayıb. 

Gülnarə Əliyeva Gəncə Memorial Hospitalının laboratoriya cavabına inanmadığını və ona stress yaşatdıqları üçün xəstəxananın baş həkimindən analizlər üçün ödədiyi 271 manat pulununu geri tələb edib. Kənan Hacıyev isə vəsaiti qaytarmaqdan imtina edib. 

Qadın məcbur olaraq hüquq-mühafizə orqanlarına şikayət edib. İş prokuororluqda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib. 

Hakim Liza Xanməmmədovanın Gəncə Şəhər Məhkəməsində sədrliyi ilə keçirilən iclasda işin əsas mahiyyəti zərərçəkmiş pasiyent tanınsa da, qəbul olunan qərar başqa olub. Məlum olub ki, endokrinoloq Aytən Rzayeva Bakıda fəaliyyət göstərib. O, 2022-2023-cü illər ərzində əmək müqaviləsi bağlamadan Gəncə Memorial Hospitalında qonaq qismində mütəmadi olaraq qəbul keçirib. Gülnarə Əliyeva onun məsləhəti ilə Gəncə Memorial Hospitalında analizlər verib və nəticədə həkim səhlənkərlığı ilə üzləşib. Ona görə də Gəncə Memorial Hospitalının rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 20 min manat manat məbləğində inzibati cərimə edilib.

Qeyd edək ki, "Memorial Klinik"larının sahibi Mahir Teymur oğlu Ramazanovdur. 


Youtube kanalımız

Oxşar xəbərlər