“ABŞ delimitasiya məsələsinə isti münasibət bəsləmir“- Turab Rzayev

“ABŞ delimitasiya məsələsinə isti münasibət bəsləmir“-  Turab Rzayev
29 Apr 2024 10:52

"ABŞ-dakı bəzi dairələr N.Paşinyanın delimitasiya və demarkasiya məsələsinə, 4 kəndin qaytarılmasına çoxda isti münasibət göstərmir".

Politoloq Turab Rzayev bunu News365.az-a açıqlamasında deyib.

"İctimai rəy sorğuları göstərir ki, Paşinyan hazırda səkkiz fayizədək aşağı düşüb. Ən son Zəngəzur məsələsi ilə bağlı müzakirələrin aktual olduğu dövrdə Ermənistan ərazisində Paşinyan sadəcə olaraq Zəngəzurda Köçəryandan daha az səs toplamışdı. İndidə Tavuş vilayətində bu proseslərin baş verməsi bu bölgədə də müxalifət tərəfdarının artmasına, hökümət tərəfinin azalmasına gətirib çıxarır. Eyni zamanda Amerika Birləşmiş Ştatlarındakı bəzi dairələr, xüsusilə erməni diasporası Paşinyanın Azərbaycanla delimitasiya və demarkasiya məsələsinə, 4 kəndin qaytarılmasına çoxda isti münasibət bəsləmirlər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər