Polşa iki ölkəylə sərhədlərini minalaya bilər

Polşa iki ölkəylə sərhədlərini minalaya bilər
29 Apr 2024 16:02

Polşa milli müdafiə nazirinin keçmiş müavini general Valdemar Skşipçak diqqət çəkən təkliflə çıxış edib. News365.az Delfi-yə istinadən xəbər verir ki, general ölkənin Rusiya və Belarusla sərhədlərini təcili şəkildə minalamağı təklif edib. 

Valdemar belə hesab edir ki, məhz indiki mərhələdə sərhədlər boyu  mina sahələri yerləşdirmək lazımdır.

Xatırladaq ki, mart ayında Latviya Rusiya və Belarusla sərhəddə beton bloklar qoymağa başlayıb. Sərhəddə əsgərlər üçün müdafiə mövqelərinin, müxtəlif maneələrin qurulması, silah-sursat anbarlarının yerləşdirilməsi və tank əleyhinə səngərlərin qazılması da nəzərdə tutulub. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər