Şolz yenidən “Taurus“ları Ukraynaya verməkdən imtina etdi

Şolz yenidən “Taurus“ları Ukraynaya verməkdən imtina etdi
29 Apr 2024 17:17

Almaniya kansleri Olaf Şolz Berlinin “Taurus” qanadlı raketlərinin Ukraynaya tədarükünün qadağan edilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoyub.  News365.az xəbər verir ki, bu barədə o, Berlində Monteneqronun Baş naziri Milojko Spajiç ilə birgə mətbuat konfransında deyib.

"Qaldırdığınız məsələ ilə bağlı mənim qərarım (Taurusların Ukraynaya göndərilməsi-red.) dəyişməz olaraq qalır", - o, deyib.

Bundan əvvəl Şolz dəfələrlə "Taurus"ların hələ də Kiyevə niyə verilməməsi ilə bağlı mövqeyini belə izah etmişdi ki, ukraynalılar ondan yararalana bilməyəcəklər. Yəni, raketlərdən döyüş meydanında raketlərdən səmərəli istifadə etmək üçün Bundesver qoşunlarının əməliyyatlarda birbaşa iştirakı zəruridir. Bunu isə Şolz qəbuledilməz hesab edr. Çünki belə olan halda alman və rus qoşunları arasında birbaşa toqquşma yaranacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər