“ Ermənistanda hərbiçilərlə Paşinyanın siyasi ədavəti var“- Hərbi ekspert

“ Ermənistanda hərbiçilərlə Paşinyanın siyasi ədavəti var“-  Hərbi ekspert
29 Apr 2024 12:11

"Zaman-zaman Ermənistan parlamentinin üzvləri, hətta Ermənistanın Avropa sturukturlarında təmsil olunan rəsmiləridə bəzən elə açıqlamalar verirlər ki, anlamaq bir qədər çətin olur"

Hərbi ekspert Üzeyr Cəfərov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanın baş naziri Blinkenə müəyyən vədlər verir. Həm vədlərinə sadiq olduğunu bildirir, eyni zamanda çətin bir prosesdən keçir. Mən hesab edirəm ki, ni həftə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının təlimləri ilə bağlı Ermənistanın növbəti bir demanşıda gərginliyə səbəb olacaq. Biz bunun şahidi oluruq. Ermənistanın parlamentinin spikeri Alen Simonyanı Rusiya qara siyahiya salıb. Onun Rusiyaya gediş-gəlişi ola bilməz.  Alen Simonyanın verdiyi bəyanat Rusiya rəsmilərinin heç də xoşuna gəlməyib. Ermənistanda hərbiçilərlə Paşinyanın siyasi ədavəti var. Ona görə də iğtişaşların alovlanmasını istəyirlər"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər