İrəvan Rusiyadan siyasi sığınacaq istəyən ermənilərin ekstradisiyasını tələb edir

İrəvan Rusiyadan siyasi sığınacaq istəyən ermənilərin ekstradisiyasını tələb edir
29 Apr 2024 16:10

Ermənistan barələrində cinayət işi başlanmış bəzi vətəndaşlarının Rusiyadan ekstradisiya olunmasını istəyir. News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Saytlar Ermənistanın baş prokuroru Anna Vardapetyana istinad ediblər. Baş prokuror parlamentdə çıxışı zamanı qeyd edib ki, həmin şəxslərin Moskvaya siyasi sığınacaq üçün müraciət etmiş vətəndaşlar olması müəyyən problemlər yaradır.

“Sputrnik Armeniya”nın yaydığı məlumata görə, keçmiş Baş Qərargah rəisi Mikael Arutyunyan, keçmiş baş prokuror Gevork Kostanyan, keçmiş baş məhkəmə icraçısı Mihran Poqosyan və bir sıra digər keçmiş Ermənistan rəsmiləri hazırda Rusiya Federasiyasındadırlar. Ermənistanda onlara qarşı cinayət işi başlanıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər