Erməni deputat ona zor tətbiq edən polislərdən şikayət etdi

Erməni deputat ona zor tətbiq edən polislərdən şikayət etdi
29 Apr 2024 17:05

Ermənistan parlamentinin müxalifəti təmsil edən “Hayastan” blokunun deputatı Artur Xaçatryan siyasi təqiblərə məruz qalıb. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, deputat onu qanunsuz saxlayan polis əməkdaşlarından rəsmi şikayət edib. 

"Deputat bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, aprelin 27-də İrəvan-Sevan yolunda etiraz aksiyası zamanı bir qrup polis əməkdaşı heç bir qanuni tələb irəli sürmədən ona qarşı zor tətbiq edib. Deputat 4 zabitin müşayiəti ilə  polis maşınına mindirilib  və Hrazdan polis bölməsinə aparılıb", - Sputnik Armeniya yazıb.

Ölkədəki qanun pozuntularından gileylənən deputat qeyd edib ki, polisləri əmrləri verildi Kotayk vilayətinin polis idarəsinin rəisi Ruben Davtyan tərəfindən verilib və davanı da o törədi: "Əminəm ki, o, mənim deputat olduğumu yaxşı bilirdi”.

Xaçatryanın sözlərinə görə, Davtyan mülki geyimdə olub və özünü təqdim etməyib. Arturu müşayiət edən polis əməkdaşları onun deputat olması ilə bağlı xəbərdarlığına heç bir reaksiya verməyiblər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər