Röya Baləlidən danışdı: “Çox şirindir, xoşuma gəlir”

Röya Baləlidən danışdı:  “Çox şirindir, xoşuma gəlir”
29 Apr 2024 18:53

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə gündəmə gəlib.

 Röya meyxanaçı Balaəli Maştağalının onunla duet oxumaq arzusundan danışıb.

Balaəlini tərifləyən cazibədar ulduz onun bu arzusunun yaxın bir zamanda reallaşacağını bildirib:

“Balaəlini tanıyıram, çox şirin adamdır, xoşuma gəlir. Arzulamaq gözəl şeydir. Arzulasın. Arzular mütləq gerçəkləşir”.

Xatırladaq ki, Balaəli Maştağalı bir neçə ay öncə “Həmin Zaur” verilişində Xalq artisti Röya Ayxanla duet oxumaq istədiyini bildirib. 


Youtube kanalımız

Oxşar xəbərlər