Bəzi “loğmanlar“ zavallı valideynlərin hissiyyatı ilə oynayırlar- Vaqif Qarayev

Bəzi “loğmanlar“  zavallı valideynlərin hissiyyatı ilə oynayırlar-  Vaqif Qarayev
29 Apr 2024 16:41

“Autizmə əlac tapılmır.Bununla belə az qala hər gün bir hipotetik məlumat çıxır ortaya. Heç biri də sübutunu tapmır”.

Bunu  News365.az -a açıqlamasında pediatr Vaqif Qarayev deyib. O bildirib ki, elmdə belə boşluq olanda cadugərlər, öncəgörənlər, falçılar, cinçıxardanlar, parapsixoloqlar ortalıqda at oynadır:

“"Mən sağaldıram" deyə əlacsız qalan valideynləri soyurlar. Bunlar azmış kimi tibbi təhsili olan olan bəzi "loğmanlar" da zavallı valideynlərin hissiyyatı ilə oynayırlar. Soruşan yoxdur ki, siz axı, nəyi sağaldırsınız?

"Sağaldıram" deyənə yox, həqiqətən sağaldana heykəl qoyacaqlar.  Amma sizlərə yox!

Yenə deyirik: bu problem mərkəzləşdirilməlidir! Ciddi statistika aparılmalıdır. Yaradılan Mərkəzə ciddi mütəxəssislər cəlb olunmalıdır. Yoxsa, hər tində bir fırıldaqçı valideynin cibini soyacaq, uşaqlar da yardımsız qalacaq”...

İlhamə Qiyas, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər