Nazir velosiped sürərkən ayağını sındırdı

Nazir velosiped sürərkən ayağını sındırdı
29 Apr 2024 16:25

İsrailin fövqəladə hallar naziri Benni Qantz velosiped sürərkən ayağını sındırıb. xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti onun ofisinə istinadən məlumat yayıb.

“Hərbi Kabinetin naziri Benni Qantz İsrailin cənubundakı Kibbutz Yad Mordexay yaxınlığında velosiped sürərkən ayağını sındırıb”, - məlumatda deyilir.

Nazir Aşkelon xəstəxanasında yoxlanıldıqdan sonra müayinə üçün Təl-Əvivdəki tibb mərkəzinə aparılıb. Onun bu gün evə buraxılacağı gözlənilir.

Xatırladaq ki, aprelin 26-da digər nazir-milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin də qəza keçirmişdi. Onun avtomobili Ramlada terror aktı baş verən yerdə aşmışdı.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər