“Paşinyan qatildir“ deyən etirazçıya ittiham irəli sürüldü

“Paşinyan qatildir“ deyən etirazçıya ittiham irəli sürüldü
29 Apr 2024 16:41

Bir neçə gün öncə Ermənistanın qondarma soyqırımı abidəsi önündə baş verən qalmaqalla bağlı bir nəfərə ittiham irəli sürülüb.

News365.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.  Söhbət baş nazirin həyat yoldaşı Anna Akpopyanın Çiçernakaberddə gəlişi zamanı yaşanan insidentdən gedir.

Abramyanın sözlərinə görə, ittiham Ermənistan Cinayət Məcəlləsinin 239-cu maddəsi (nifrət, dözümsüzlük və ya düşmənçiliyi qızışdırma,  təbliğ etmək) üzrə irəli sürülüb: “Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Digər saxlanılan 6 nəfər isə həbsdən azad edilib”.

Xatırladaq ki, aprelin 24-də Anna Akopyan qızı Arpi ilə birlikdə "Erməni Soyqırımı" qurbanlarının xatirəsini yad etmək üçün kompleksi ziyarət edib. Bu zaman o, “Türklərsiz Ermənistan” və “Nikol qatildir” şüarları ilə qarşılanıb. Akopyan mühafizəçilərin ərazidən uzaqlaşmaq təklifindən imtina edib.

Bundan sonra aprelin 25-də açılan cinayət işi çərçivəsində 7 nəfər saxlanılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər