Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər -  YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 22:18

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər.

Rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

17:12

Sədərək rayonunda sursat partlayışı nəticəsində iki nəfər həlak olub.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu Əliyev həlak olublar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.


Youtube kanalımız

Oxşar xəbərlər