Əcnəbilər də Rusiya ordusunda xidmət edəcək?

Əcnəbilər də Rusiya ordusunda xidmət edəcək?
18 Apr 2025 20:40

Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələri sıralarına qoşulmaq hüququnu verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Qanun layihəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutur, dəyişikliklərə əsasən, vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur”, - layihənin izahatında bildirilir.

Qeyd olunur ki, qanun layihəsi müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır.


Sizin reklam burada
Sizin reklam burada