"Rusiya atəşkəs rejiminə getmək istəmir. Atəşin dayandırılması Putin siyasətinə qarşı yönəlmiş bir addımdır. Ona görə də Rusiyanın BMT-dəki nümayəndəsi bu cür ifadələr işlədib. "
Politoloq Mehman İsmayılov bu sözləri News365.az-a şərh edib.
"Donald Trampın ümidləri nələrədir, hansı məqamlardadır – bunu demək çox çətindir, çünki Donald Trampın atdığı addımlarda bir məntiq zənciri izləmək mümkün deyil. Çünki Putin hər gün zorakılığı artırır, hər gün yeni-yeni şiddətli zərbələr endirir. Nə qədər çox insan ölürsə, Donald Tramp da deyir ki, bu dəhşətdir, bu insanların ölməsi dəhşətdir, amma qatil yaxşı olandır, biz onunla razılığa gələcəyik. Putin Krivoy Roqa zərbə endirir, 19 nəfər ölür, onlardan 9-u uşaq olur, yenə də Donald Tramp deyir ki, qatil yaxşı olandır, biz onunla razılığa gələcəyik. Bundan sonra Sumi şəhərinə zərbə vurur, 110 nəfər yaralanır, 34 nəfər ölür, yenə də deyirlər ki, qatil yaxşı olandır.
Hazırda isə Ukrayna Rusiyanın ərazilərinə atəş açır. Təbii ki, Ukrayna müdafiə etməlidir, amma Ukraynanın verdiyi cavablar da adekvat deyil. Çünki Putin bu müharibənin şiddətini artırdıqca dünya Rusiyanın təkliflərinə və tələblərinə daha çox meyllənir deyə, onlar da zorakılığı artırırlar. Mən bunu həmişə demişəm, studiyada da bir-iki dəfə bunu təkrar etmişəm, bu gün də təkrar etməkdə fayda görürəm: Putin üçün bu müharibəni dayandırmaq bu gün azaddır.