Ermənistan parlamentində gərginlik - VİDEO

Ermənistan parlamentində gərginlik - VİDEO
13:33

Ermənistan parlamentində gərginlik yaşanıb. Yerli medianın yaydığı məlumata görə, müxalifəti təmsil edən deputat Taquhi Tovmasyan vitse-spiker Hakob Arşakyanla söz davasına çıxıb. 


Qadın deputat iclasa sədrlik edən Arşakyana üzünü tutaraq deyib: "Cənab Arşakyan, mən hesabat verirəm və öz fikrimi bildirirəm, siz isə mikrofonumu söndürürsünüz... Bu necə davranışdır axı? Siz mənim redaktorum, rəhbərim deyilsiniz!". 


Arşakyan isə ona belə cavab verib: “Əgər siz sakit danışacaqsınızsa mən sizin sözünüzü kəsməyəcəyəm. Əks təqdirdə deputatlara qarşı təhqiramiz ifadələrdən çəkinməlisiniz və danışığınızda, fikirlərinizdə mülayim olun”.

"Bəs siz fraksiya katibinizin davranışına, dediklərinə niyə qulaq asmadınız?",-  Tovmasyan cavab verib.


Vitse-spiker isə təhqirə keçərək deyib: "Nədir, eşitmə probleminiz var?".


Tural


Sizin reklam burada
Sizin reklam burada