Ermənistan mediası: "Tezliklə ölkədə yeni həbs dalğası başlayacaq"

Ermənistan mediası: "Tezliklə ölkədə yeni həbs dalğası başlayacaq"
03 İyl 2025 10:10

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Ölkənin tanınmış nəşrlərindən olan "Joğovurd" qəzeti qarşıdakı günlərdə də Ermənistanda repressiya dalğasının davam edəcəyini iddia edib. 

Nəşr yazır: "Nikol Paşinyanın təmsil etdiyi hakimiyyət Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı repressiyaları davam etdirəcək. Onlar nəinki Patriarxa və müqəddəs atalara qarşı çirkin moizələrini davam etdirirlər, həm də öz ətrafları vasitəsilə onlara təzyiqlər etməyə başlayıblar".

“Joğovurd” qəzetinin yazdığına görə, Paşinyan və komandası bundan sonra siyasi qüvvələrdən tutmuş ruhanilərə qədər heç kimə qarşı “yumşaq” davranmayacaqlarına qərar verib. Hakimiyyətə qarşı çıxanlar cəzalandırılacaq, hətta həbs olunacaqlar: 

"Hakim elita əmindir ki, onların planlaşdırdıqları “əməliyyat” uğursuzluğa düçar olmayacaq və dini liderə qarşı başlatdıqları iş yaxın gələcəkdə öz həllini tapacaq".

“Joğovurd” qəzeti güc strukturlarına yaxın mənbələrdən onu da öyrənib ki, tezliklə müxtəlif siyasi qüvvələrə və şəxslərə qarşı da ciddi təzyiqlər artacaq: "Yaxın vaxtlarda opponentlərə və müxaliflərə qarşı yeni təqiblər, axtarışlar və həbslər olacaq".

Tural


Sizin reklam burada
Sizin reklam burada