Zəngəzur Dəhlizinin açılması Cənubi Qafqazda geosiyasi və iqtisadi mənzərəni dəyişə biləcək ən vacib məsələlərdən biridir. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan bu dəhlizin açılması ilə bağlı öhdəlik götürsə də, ötən beş il ərzində müxtəlif bəhanələrlə bu prosesi ləngitməkdə davam edir. Halbuki, Zəngəzur Dəhlizinin açılması təkcə Azərbaycanın deyil, elə Ermənistanın özü üçün də mühüm iqtisadi və strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Millət Vəkili Samir Vəliyev News365.az-a fikirlərini şərh edib.
“Bu dəhliz, regionda ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə, həmçinin Ermənistanın uzun illərdir blokadada olan iqtisadiyyatına yeni imkanlar qazandırmağa xidmət edə bilər. Ermənistanın bu tarixi fürsətdən düzgün şəkildə istifadə etməsi onun gələcək inkişafına böyük töhfə verə bilər.
Millət Vəkili Nikol Paşinyanın Davos İqtisadi Forumunda təklif etdiyi alternativ marşrut layihəsindən də söz açıb:
“Bu təşəbbüsün uğursuz olacağı ehtimalı yüksəkdir. Çünki, birincisi, bu layihə olduqca yüksək maliyyət tələb edir. İkincisi, marşrutun trayektoriyası daha uzun və əlverişsizdir. Ermənistan rasional düşünərək, regionda sülh və əməkdaşlıq naminə daha məntiqli qərarlar qəbul etməlidir.”- deyə vurğulayıb.