Ermənilər Haaqada azərbaycanlılar haqqında hansı iftiralar səsləndirib? – ƏTRAFLI

Ermənilər Haaqada azərbaycanlılar haqqında hansı iftiralar səsləndirib? –  ƏTRAFLI
17 Apr 2024 14:16

Bir el misalı var: “adımı sənə, səni də yana-yana qoyum”. Bax, ermənilər beləsindəndir. Özlərinin bütün çirkinliklərini, eybəcərliklərini hər zaman azərbaycanlıların ayağına yazıblar. Azərbaycanlıları təkcə düşmən gözündə görməyiblər, həm də insanlığa yad olan hər şeyi bizim adımıza yapışdırmaq istəyiblər.

Bu gün hər kəs bilir ki, azərbaycanlılar daha çox sülhdən yanadır. Və heç kim müharibə istəmir. Ona görə də Azərbaycanda nəinki müharibə çağırışları yoxdur, hətta ermənilərlə birgə yaşayış haqqında danışılır. Bununla belə ermənilər bizim bu nəcib yanaşmamızı görməməzlikdən gəlirlər. Üstəlik, bacardıqları qədər haqqımızda pis fikirlər səsləndirirlər.

“Azərbaycanda uşaqlara ermənilərə nifrət və onları öldürmək öyrədilir, dövlət telekanalları vasitəsilə nifrət qızışdırılır, məmurlar erməniləri tamamilə məhv etməyə çağırırlar”.

Bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan Haaqada “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı” iddiaları üzrə keçirilən dinləmələrdə deyib.

Hüquqşünas həyasızcasına bildirib ki, bütün bunlar irqçilikdir, buna dövlət səviyyəsində rəğbət bəslənir.

Kirakosyanın sözlərinə görə, Dağlıq Qarabağda gedən 44 günlük müharibə zamanı Azərbaycan əsgərləri məqsədyönlü və koordinasiyalı şəkildə etnik erməniləri öldürüb, onlara işgəncə verib, zorakılığa məruz qalıb, prosesi qürurla lentə alıb və görüntüləri internetdə yayıblar.

Göründüyü kimi erməni hüquqşünas gözünü yumub, ağzını açıb. Ermənilərin etdikləri və edə biləcəkləri bütün pislikləri azərbaycanlıların ünvanına səsləndirib. Amma Azərbaycanın tolerant ölkə olduğunu dünyada ermənilərdən başqa hamı bilir və qəbul edir. Əslində, ermənilər də bunu bilir. Amma özlərində cəsarət tapıb, bunu etiraf edə bilmirlər. Bu da ermənilərin nə qədər cılız və zavallı olmasının göstəricisidir.

İlhamə Qiyas, News365.az

 


Youtube kanalımız

Oxşar xəbərlər