“The Wall Street Journal“ Ukrayna ordusunun kabusundan yazdı

“The Wall Street Journal“ Ukrayna ordusunun kabusundan yazdı
30 Apr 2024 15:31

NATO ölkələri Ukraynanı iki yüzə yaxın müxtəlif növ silah sistemi ilə təchiz edib. Amma onlar üçün ehtiyat hissələrin tapılması Ukrayna Silahlı Qüvvələri üçün kabusa çevrilib. Bu fikirlər “The Wall Street Journal”da (WSJ) dərc olunan məqalədəndir.

Qeyd olunur ki, Ukrayna hərbçiləri bu silah və texnikaları təmir etmək və ehtiyat hissələri tapmaqda çətinlik çəkirlər.

Xüsusən də, NATO-nun Ukraynada ən çox yayılmış 155 mm çaplı artilleriya mərmiləri ilə bağlı problemlər yaranır. Belə sursatların bütün artilleriya sistemləri üçün uyğun olmayan 14 müxtəlif variantı istehsal olunur. Bəziləri isə proqram təminatı tərəfindən tanınmır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər