G7 ölkələri Rusiya qazından imtina edəcək

G7 ölkələri Rusiya qazından imtina edəcək
30 Apr 2024 15:37

G7 ölkələrinin energetika nazirləri Rusiya qazının idxalından imtina etmək üçün işi davam etdirmək barədə razılığa gəliblər.

“News365.az” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlərin İtaliyanın Turin şəhərində keçirilən görüşün yekunlarına dair bəyanatında bildirilib.

Onlar həmçinin bildiriblər ki, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirin azalması Ukraynaya dəstək üçün son dərəcə vacibdir. Ayrı-ayrılıqda G7 ölkələri Rusiyanın nüvə enerjisi ilə bağlı mülki mallardan “asılılığı azaltmağa” hazır olduqlarını təsdiqlədiklərini bəyan ediblər.


Youtube kanalımız

Oxşar xəbərlər