Londonda dəhşət: Qılıncla qarşına çıxanı doğradı - VİDEO

Londonda dəhşət:  Qılıncla qarşına çıxanı doğradı - VİDEO
30 Apr 2024 14:51

İngiltərədə dəhşətli insident baş verib. "The Times"in paytaxt polisinə istinadən yaydığı məlumata görə, Londonun şərqində qılıncla silahlanmış şəxs insanlara hücum edərək onları yaralayıb.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, hadisələr Heynot ərazisində baş verib. Cinayətkar əvvəlcə mikroavtobusu idarə edərək onu binaya çırpıb. Sonra maşından düşərək əlindəki iti qılıncla yoldan keçənlərə və iki polis əməkdaşına xəsarətlər yetirib. London Təcili Yardım Xidməti hadisə nəticəsində 5 nəfərin xəstəxanaya aparıldığını bildirib.

Polisi hadisəni terror kimi qiymətləndirməyib. Yaxınlıqda yerləşən Heynt metro stansiyası polisin apardığı əməliyyatlar səbəbindən bağlanıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər