Erməni həkimlər qəzaya düşdü: Ölən və yaralananlar var

Erməni həkimlər qəzaya düşdü: Ölən və yaralananlar var
08 Apr 2025 12:16

Ermənistanda həkimin ölümü tibb bacısı və digər şəxslərin ağır yaralanması ilə nəticələnən dəhşətli qəza baş verib. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, bu gün səhər saatlarında İrəvanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxs “Təcili Tibbi Yardım”ın həkimi olub. Səhiyyə naziri Anait Avanesyan sosial şəbəkədəki səhifəsində faktı təsdiqləyib.

Qəza saat 05:40 radələrində Tamantsiner küçəsində baş verib. Təcili yardım maşını elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü, həkim və tibb bacısı ağır xəsarət alıb.

Daha sonra nazir bildirib ki, 68 yaşlı həkim Hasmik K.Avanesyanın ailəsinə başsağlığı verir. Tibb bacısı əməliyyat olunub və vəziyyəti ağır kimi qiymətləndirilir. Bəzi saytlar yaralıların çox olduğunu yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada