Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın 2025-ci il iclası öncəsi verdiyi açıqlamada ölkənin gələcəyi naminə mühüm və tarixi qərarlar alındığını bildirib.
News365.az bu barədə türk mediasına istinadla xəbər verir.
“Biz təhlükəsizlikdən demokratiyaya, iqtisadiyyatdan texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər millətimizin gələcəyini təmin etmək üçün tarixi addımlar atırıq”, – deyə Prezident bəyan edib.
Ərdoğan bildirib ki, Türkiyə yeni dünya düzənində aparıcı rol oynamaq üçün mübarizəsini qətiyyətlə davam etdirəcək.