İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna ordusunun Xəzər dənizində ticarət gəmisinə hücumunu qınayıb.
News365.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün sosial şəbəkə hesablarında paylaşım edib.
"Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) İran ticarət gəmisinə hücum edərək dənizçini öldürüb", - Əraqçi yazıb.
O, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqlarında bu hücumun müzakirə olunduğunu açıqlayıb: "Söhbət zamanı açıq şəkildə bildirdim ki, bu, cavabsız qala bilməz".
Xatırladaq ki, İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.