“Epşteyn işi”nin qorxunc PƏRDƏARXASI

“Epşteyn işi”nin qorxunc PƏRDƏARXASI
14:43

Amerikalı maliyyəçi Ceffri Epşteyn barədə yayılan məlumatlar dünya gündəmini zəbt edib. Hətta tanınmış siyasətçilər, iş adamları və incəsənət xadimləri ciddi narahatlıq keçirir ki, onların da adı “Epşteyn işi”ndə hallansın. Bu narahatlıq da təsadüfi deyil. Çünki bu məsələnin ortaya atılması kimlərinsə ifşasına yönəlib. Təbii ki, ifşa olunanların ön sırasında ABŞ prezidenti Donalt Tramp dayanır.

Ümumilikdə götürəndə “Epşteyn işi” siyasi məqsədlər üçündür. Bununla belə bu hadisələr Qərbin mahiyyətini göstərir. Yəni sağlam siyasi mübarizədə uduzanlar “qurşaqdan aşağı” mübarizə metodunu seçirlər.

Eyni zamanda  Epşteynin “kabus adası”nda olanlar yenilik deyil. Hələ yüz il bundan qabaq islam alimi və filosofu Bediüzzaman Səid Nursi  qərbdəki nüfuzlu şəxslərin mədəniyyətini nəzərdə tutaraq deyirdi ki, onların böyüklərinin keçirdiyi əyləncə tədbirlərinə baxsan görərsənki onlar insan libası geyinmiş əqrəqblər, insan cildində ifritlərdir:

“Mədəniyyətləri daxili ilə xarici yer dəyişdirmiş vəhşilikdən ibarətdir”.

Görkəmli mütəfəkkirin bir əsr əvvəl səsləndirdiyi fikir bu gün sənədlər və faktlarla öz təsdiqini tapır.

Məsələ ilə bağlı Facebook səhifəsində fikirlərini yazan REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Ceffri Epsteyn məsələsi sübut etdi ki, komplo teoriləri heç də komplo deyilmiş, dünyanı manyak, xəstə, özlərini Tanrı sayan bir qrup “elita” idarə edirmiş:

“Pandemiyanın ideoloji “atalarından” biri olan, bu mövzuda pullar xərcləyən, dünya əhalisinin çox olduğunu təhdid görən Bill Qeys kimi manyaklar Dünyanın ağası iddiasına düşüb, Tanrı roluna girib insanlıq adına qlobal qərarlar verməyə çalışırdılar.

Xatırlayın, 2020-ci ildən sonra dəfələrlə “pandemiyanın” axmaqcasına idarə edilməsindən, bunun insan (belələrinə insan da demək olmur) əməli olduğundan Azərbaycanda ən çox danışıan, yazan biz idik – beyinləri yuyulmuş bir qrup səs-küylü adamlar, “liboşlar”, bizə yönəlik nələr deyirdilər, yazırdılar, adımızı “komploçu” çıxartmışdılar, təhqir belə edirdilər.

“Pandemiya” 21-ci əsrdə insanlıq əlehinə işlənmiş ən böyük qlobal cinayət idi. Əminəm ki, bir müddət sonra bu məsələ də bütün çılpaqlığı ilə gün üzünə çıxacaq.

Dünyanı idarə edən 1% manyak, 99% əhalini axmaq yerinə qoyur, plastilin sayır, özlərini fövqəl güc hesab edirlər – bu düzən mütləq dəyişməlidir. Son 30 ildə "psevdo-liberal" və "qlobalist" elita Dünyada şərlə xeyrin yerini dəyişməyə çalışırdılar, şər olan hər bir şey təbliğ və təşviq olunurdu, sanki şeytana qulluq edirdilər.

Amma, xeyir gec də olsa şərə mütləq qalib gələcək...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada