Müctəba Xameni prezident Pezeşkiana tapşırıq verdi

Müctəba Xameni prezident Pezeşkiana tapşırıq verdi
13:01

İranın Ali Rəhbəri Müctəba Xameni ölkənin kəşfiyyat naziri İsmayıl Xətibin öldürülməsilə əlaqədar Prezident Məsud Pezeçkiana başsağlığı mesajı göndərib.

News365.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Müctəba Xameni Pezeşkiana ünvanladığı mesajda bildirib ki, İsmayıl Xətibin yoxluğu Kəşfiyyat Nazirliyi kimi həssas bir təşkilatda digər məsul şəxslərin və əməkdaşların daha böyük səyi ilə kompensasiya edilməlidir.  

Ali Rəhbər tapşırıb ki, təhlükəsizlik işləri aparılarkən daxili və xarici düşmənlərlə bağlı məsələlərə diqqət maksimum artırılsın.


Sizin reklam burada
Sizin reklam burada