Roma Yaxın Şərqdəki vəziyyətə görə Bakı ilə danışıqlar aparır

Roma Yaxın Şərqdəki vəziyyətə görə Bakı ilə danışıqlar aparır
16:27

İtaliya Qətərdən ixracatdakı fasilələr fonunda alternativ qaz tədarükünü təmin etmək üçün ABŞ, Azərbaycan və Əlcəzair daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.

News365.az xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piketto Fratin bəyan edib.

Onun sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna zərbələri ciddi nasazlıqlara səbəb olub.

"Qətərdə daha əvvəl fəaliyyəti dayandırılmış mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun da bombardmana məruz qalması faktının özü qiymətlərə dağıdıcı təsir göstərib", - nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, İtaliya Avropa Birliyi ilə birlikdə Rusiyadan qaz alışına qayıtmaq niyyətində deyil.

"Qatar Energy"nin məlumatına görə, hücumlar nəticəsində LNG üzrə ixrac gücünün təxminən 17 %-i sıradan çıxarılıb ki, bu da ildə təqribən 20 milyard dollar itkiyə gətirib çıxara və Avropa ilə Asiyaya tədarüklər üçün təhlükə yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada