İran Silahlı Qüvvələri Ben Qurion hava limanında İsrailin yanacaqdoldurma təyyarələrinə və Qüdsdə yerləşən İsrail Milli Təhlükəsizlik Nazirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib.
News365.az-ın məlumatına görə, SEPAH-ın mətbuat xidməti bu barədə açıqlama yayıb.
"Bu səhər İsrail ordusunun Ben Qurion hava limanında yanacaqdoldurma təyyarələrinə, Qüdsdəki sionist düşmənin Milli Təhlükəsizlik Nazirliyinə və Təl-Əvivdə yerləşən "Chanel 13" kanalına genişmiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirilib", - deyə məlumatda bildirilib.