Rusiyanın Moskva vilayətinin Solneçnoqorsk şəhərində ən böyük tikinti bazarlarından hesab edilən "Stroyray"da güclü yanğın baş verib.
News365.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Yanğının söndürülməsi üçün 42 xilasedici və 15 texnika cəlb olunub.
Yanğın zamanı xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.