Suraxını rayonu MKTB əməkdaşlarını incidir?

Suraxını rayonu MKTB əməkdaşlarını incidir?
13:02

Suraxanı rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin işçiləri rəhbər şəxləsrin onlara qarşı olan davranışından şikayətçidir. Onlar iddia edir ki, rəhbərlik ağlasığmaz tapşırıqlar verərək onları bezdirməyə çalışır.

İşçilərdən biri şikayətlərini dilə gətirib. O bildirib ki, ştat üzrə dalandar olan Aydə adlı qadın qeyri qanunu şəkildə ştat briqadiri işləyir. Mənzil Komunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovun da bundan xəbər var:

“Aydə biz fəhlələrə işləmyə imkan vermir. Bizə zülm verir. Dəfələrlə rəisə bu barədə şikayət etsək də, müraciətlərimizə baxılmayıb. Onun əməllərinə göz yumulur. Mais Məmmədov bizə o dalandarın əli ilə zülm verir.

Mən özüm ikinci qrup əliləm. Bir ay bundan qabağ ag ciyərimə infeksiya düşdüyünə görə, 14 gün Ağ ciyər institutunda müalicə aldım. Qan qusurdum. Xəstəxanadan təzə çıxmışam. Bu vəziyyətdə olmağıma bağmayaraq qanunsuz şəkildə bizə rəhbərlik edən şəxs mənə deyir ki, 7 hektarlıq neftçilər parkını pol ağacı ilə yu, təmizlə. Halbu ki, bu mənim işim deyil. Mən tullantıları yığıram. Ümumiyyətlə bu boyda ərazini tək bir nəfər yuya bilməz. Bunları ona da dedim o isə məni təhqir etdi.

Üzümü tuturam Cənab Prezident və Bakı Şəhər İcra Hakiminə bizim əmək hüquqlarımız kobud şəkildə pozulur. Sizdən xahiş edirəm bu ədalətsizliklərə son qoyasınız”.


Sizin reklam burada
Sizin reklam burada