ABŞ və İsrail Bəndər Lingə limanına zərbələr endirib

ABŞ və İsrail Bəndər Lingə limanına zərbələr endirib
14:21

ABŞ və İsrail qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən Bəndər Lingə limanına zərbələr endirib.

News365.az Qərb KİV-nə istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan Böyük Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb.

Qeyd edilb ki, İrandakı Bəndər Lingə limanına ABŞ-İsrail zərbəsi endirilib. Zərbələr nəticəsində qurbanlar və ya ticarət gəmilərinin zədələnməsi barədə məlumat verilməyib.

Bəndər Lingə - İranın cənubunda, Fars körfəzində yerləşən liman şəhəridir. Liman tranzit daşımalarını təmin edir, ona xüsusi iqtisadi zona statusu verilib.


Sizin reklam burada
Sizin reklam burada